Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.
Dəliməmmədli şəhər sakini, 36 yaşlı Vüsal Əsgərov naməlum avtomobil tərəfindən vurulub. Piyadanı vuran sürücü hadisə yerindən qaçıb.
Vüsal Əsgərov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hacı Zeynalov