Masallı rayonunda bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qəzvinoba kəndində qeydə alınıb.
Kənd sakini Zakir Mehdiyev sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov