Salyan rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çuxanlı kəndində qeydə alınıb.
Kənd sakini, 1962-ci il təvəllüdlü Loğman Abbasov özünü yaşadığı evə asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov