2 Oktyabr 2015 17:33
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda 36 yaşlı kişinin itkin düşməsi ilə bağlı polisə şikayət edilib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 29-da, saat 19.30 radələrində Ş.Mehdiyev küçəsi ev 9, mənzil 18 ünvanında yaşayan Yusif Qənimət oğlu Cəfərov evdən gedərək geri qayıtmayıb.

Bildirilir ki, Yusif Cəfərov “Kia” markalı avtomobilini satmaq üçün evdən gedib. Bir neçə gün keçsə də, o, evə qayıtmayıb. Onun evə qayıtmamasından narahat olam ailə üzvləri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə şikayət ediblər.

Polisdə aparılan araşdırmalar zamanı məlum olub ki, Yusif Cəfərov itkin düşməyib. Avtomobili Binəqədi rayonu ərazisində yerləşən 48 saylı notariat konturunda satan Yusif Cəfərov pulu xərcləyib. Bundan sonra o, gizlənib.

Toplanmış materiallar araşdırılması üçün Binəqədi rayon Polis İdarəsinə göndərilib.

Hacı Zeynalov


Müəllif: