5 Oktyabr 2015 11:52
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsi törətməkdə şübhəli bilinən bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Almuradov tutulub.

O, oktyabrın 4-də Bakı şəhər sakini Əsəd Məmmədova məxsus, A.Kumambayev küçəsində yerləşən köşkdən 800 manat, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinib.

Bundan başqa, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oktyabrın 3-də Bakı şəhər sakini Muğan Məmmədova məxsus, M.Hadi küçəsində yerləşən mağazadan velosiped oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini, 1981-ci il təvəllüdlü Zaur Ziyadlı tutulub.

Hacı Zeynalov


Müəllif: