9 Oktyabr 2015 19:21
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məşhur vəkilin dələduzluq etməsi ilə bağlı polisə şikayət edilib.

Teleqraf.com xəbər verir ki, Vəkillər Kollegiyasının 15 saylı hüquq məsləhətxanasının vəkili, 1961-ci il təvəllüdlü Elçin Əliqəmbər oğlu Qəmbərovun müştərinin pulunu mənimsəməsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat İdarəsinə müraciət edilib.


Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Rasim Dadaş oğlu Kazımov polisə şikayətində bildirib ki, 2010-cu ilin yay aylarında Elçin Qəmbərov onun etibarından sui-istifadə edərək 5 min ABŞ dollarını alaraq qaytarmayıb.


Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Məsələ ilə bağlı Elçin Qəmbərov Teleqraf.com-un suallarını cavablandırmaqdan imtina edib. O, bu məsələyə münasibət bildirmək istəmədiyini deyib.

Qeyd edək ki, Elçin Qəmbərov bir çox işlərdə vəkil kimi çıxış edib. Son bir neçə ayda isə o, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun vəkili olub. Leyla Yunus Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: