12 Oktyabr 2015 19:09
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com-a Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

Evlərdən birində təmir işləri aparan qəsəbə sakini İlham Əliyarov evin damından yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: