Müəllimlər İnstitutunun əməkdaşını traktor vurub.
Teleqraf.com-un xəbərinə görə, hadisə Ağcabədi rayonunda qeydə alınıb. Bu gün axşam saatlarında Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının işçisi Lyudmila Məmmədova yolu keçmək istəyərkən hərəkətdə olan traktor onu vurub. Üzərindən traktor keçən 55 yaşlı Lyudmila Məmmədova ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına aparılıb. Həkimlərin səsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xalid Salmanbəyli