15 Oktyabr 2015 10:11
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində magistral yolun kənarında meyit tapılıb.

Teleqraf.com xəbər verir ki, meyit Gəncə-Göygöl yolunda aşkar edilib.

Meyit aşkar olunan əraziyə Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları gəlib. Meyit müayinə edilən zaman məlum olub ki, həmin şəxs avtomobillə vurulub. Təxminən 50-55 yaşlarında olan kişini vuran sürücü hadisə yerindən qaçıb. Meyitin üzərində şəxsiyyətini təsdiq edən sənədi tapılmayıb. Buna görə də meyit morqa aparılıb.

Hazırda meyitinin şəxsiyyətinin müəyyən edilməsi, həmçinin yol qəzasını törədən sürücünün müəyyən edilərək tutulması istiqamətində tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: