Bakının Sabunçu rayonunda gənc oğlan qarət edilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Cəmil Nofəl oğlu Əzimovun pul kisəsindən 177 manat naməlum şəraitdə oğurlanıb. Hadisə oktyabrın 14-də, səhər saat 07.00 radələrində baş verib.
Münasibətdə olduğu qadınla gecələyən Cəmil Əzimov səhər evdən gedib və yolda pul kisəsinə baxanda 177 manatının olmadığını görüb. O, baş verən oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Hazırda Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşları tərəfindən cinayəti törədən şəxsin müəyyən edilərək tutulması üçün tədbirlər görülür.
Hacı Zeynalov