2 İyun 2014 16:50
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Sumqayıt şəhər sakini Faiq Qasımovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Faiq Qasımov bu ilin fevralın 11-də Nəsimi rayonu, A.Mustafayev küçəsində Elnur Tağıyevə bıçaqla hədə-qorxu gələrək pul almaq istəyib. Bu zaman Faiq Qasımov polis əməkdaşları tərəfindən həbs edilib.

Faiq Qasımovdan 0,773 qram tiryək aşkar olunaraq götürülüb.

Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Faiq Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: