18 Oktyabr 2015 10:02
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlıda ticarət mərkəzində güclü yanğın olub.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, gecə saat 2.00 radələrində Saatlı rayonunda yerləşən ”Araz Şöhrət” ticarət mərkəzi (keçmiş kolxoz bazarı) yanıb.


Ticarət mərkəzi 7 min kvadratmetr sahəsi tamamilə yanıb. Yanğın səhər saat 8.00 radələrində lokallaşdırılıb. Ticarət mərkəzinin bir hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.


Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı, Sabirabad və İmişli Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib.


Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır./APA


Müəllif: