Bakının Səbail rayonunda kafelərdən birində qadınlar arasında dava olub.
Teleqraf.com xəbər verir ki, hadisə Xəqani küçəsi, 20 ünvanında yerləşən “Neco” kafesində baş verib.
Həmin kafeyə gələn Şəhla və Arzu adlı qadınlar orada işləyən 1982-ci il təvəllüdlü Samirə Xudayar qızı Süleymanini döyərək xəsarət yetiriblər. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov