Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 11 il əvvəl Rusiyada qətl törətməkdə təqsirləndirilən İxtiyar Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, İxtiyar Rüstəmov 2004-cü ildə Rusiyanın paytaxtı Moskva şəhərində Sergey Zasev Alexsandroviçi qətlə yetirib.
Qətlə səbəb kimi o bildirib ki, Ixtiyarın əmisi qızı Leyla Quliyevanı evlənmək məqsədi olub. Leyla Quliyeva ilə qətlə yetirilən Sergey Alexsandraviç dostluq edib. Hadisə qısqanclıq zəmnində baş verib.
Hadisədən İxtiyar Rüstəmov Azərbaycana qaçıb. O bu il mayın 12- də polis tərəfindən saxlanılıb.
Hakim Mayl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İxtiyar Rüstəmov 11 il müddətə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov