21 Oktyabr 2015 11:42
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda ailə münaqişəsi zəminində cinayət hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə A.Əliyev küçəsi, 9 A, mənzil 31 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü Mecdet Memet Aslan keçmiş həyat yoldaşı, 1976-cı il təvəllüdlü Sevinc Telman qızı Aslanın evinə gəlib. Türkiyə vətəndaşı şəxsi münasibətlər zəminində Sevinc Aslanı döyərək, ona xəsarət yetirib.

Hadisə ilə bağlı Sevinc Aslan Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: