21 Oktyabr 2015 13:29
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda baş verən yanğın zamanı bir ailənin dörd üzvü xəsarət alıb.

Daxilim İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

Qəzənfər Quliyevin evində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Q.Quliyev, həyat yoldaşı Şəhanə, azyaşlı qızları Aylin və Nuran xəstəxanaya yerləşdiriliblər.

Hacı Zeynalov


Müəllif: