Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun F.İbrahimbəyov küçəsi, ev 15, mənzil 25-də qeydə alınıb.
Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Ləman Sənan qızı Kərimova hümdürmətrəbli binanın evin 10-cu mərtəbəsindən özünü yerə atıb. Ləman Kərimova həmin ərazidə olan 1954-cü il təvəllüdlü Mehdi Davud oğlu Kazımova məxsus “Hundai Santa FE” markalı maşının üstünə düşüb. Ləman Kərimova hadisə yerində ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov