Bakının Səbail rayonunda Türkiyə vətəndaşına hədə-qorxu gələrək külli miqdarda pul tələb edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qoqol küçəsi 3 ünvanında yerləşən “Namlı Kebab” restoranında baş verib.
Ora gələn Arif adlı şəxs restoran sahibi, 1977-ci il təvəllüdlü Ahmet Kemal Özeroldan 15 min manat tələb edib. Türkiyə vətəndaşı həmin şəxsə pulu verməkdən imtina edib. Arif adlı şəxs Türkiyə vətəndaşını söyərək təhqir edib, restoranın stul-stollarını dağıdıb.
Ahmet Kamal hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov