Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib. Məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı qeyri-ənənəvi dini təriqətin 40-a yaxın üzvü saxlanılıb. Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.
Q.Süleymanov Teleqraf.com-a açıqlamasında bildirib ki, Adil Rəcəbov onun müavini deyil: "O, heç vaxt mənim müavinim olmayıb. Namaz qılan qardaşlardandır. Kafedə qanunsuz dərs keçdikləri üçün saxlanıblar. Amam işin detalları və onların indiki durumu barədə məlumatım yoxdur".
Ruslan