Abşeron rayonunda intihar hadisəsi baş verib. Abşeron rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Xırdalan şəhəri, Quşçuluq massivində qeydə alınıb.
1962-ci il təvəllüdlü Rövşən Məmmədov özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atıb. O, hadisə yerində ölüb. Rövşən Məmmədovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov