Abşeron rayonunda taksi sürücüsü döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb.
Naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Xəqani Hacıyevə hücüm edib. Həmin şəxs Xəqani Hacıyevi dəmir parçası ilə vuraraq bədəninin müxtəlif nahiyyələrinə xəsarət yetiriblər.
Xəqani Hacıyev xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov