Bakı şəhər Prokurorluğu Sabunçu rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına işgəncə verməsi ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayonunun Zabrat qəsəbə sakini Aliyə Mansurova qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alıb.
Faktına görə, başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin tapşırığına əsasən Bakı şəhər prokurorluğunda davam etdirilir.
Aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verilməklə törədildikdə) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələrinə tövsif edilib və Rüfət Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, A.Mansurovanın qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də qızmar ütü ilə əlini yandırıb.
Hacı Zeynalov