Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiirlib və daha sonra apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Abdulla Abdulayevin vəkili Osman Kazımov 2 vəsatət qaldırıb. Məhkəmə vəsatətləri təmin edilməyib.
Məhkəmə baxışı noyabrın 13-ə təyin edilib.
Hacı Zeynalov