16 Noyabr 2015 14:49
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mil qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Zəfər Əbdülrəhmanlı idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “Muravey” markalı motosikleti yolun kənarında olan traktor qoşqusuna vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: