23 Noyabr 2015 17:17
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda itkin düşən ruhi xəstənin meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 21-də Füzuli rayonunda yaşayan ruhi xəstə Arzu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Böyük Bəhmənli kəndinin ərazisindən keçən su kanalından tapılıb.

Araşdırmalar zamanı onun noyabrın 18-də itkin düşməsi müəyyən edilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: