24 Noyabr 2015 10:50
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda dələduzluq faktı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, İmişli rayon sakini, 1978-ci il təvəllüdlü Etibar Pənahov dələduzluqla üzləşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edib.

O, bildirib ki, bu ilin mart ayında Bakı şəhər sakinləri – 1964-cü il təvəllüdlü Xatirə Əhmədova və 1978-ci il təvəllüdlü Eldəniz Rzayev onun etibarından sui-istifadə edərək, 8 min 330 manatını alıblar. Şikayətçinin sözlərinə görə, həmin məbləğdə pulu işə düzəlmək məqsədilə onlara verib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: