25 Noyabr 2015 15:59
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ailə münaqişəsi qanlı sonluqla bitib.

Teleqraf.com xəbər verir ki, hadisə Şağan qəsəbəsi, Ş.Əzizbəyov küçəsi, ev 86 ünvanında baş verib.
Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdlü Səmayə Mirzəyeva həyat yoldaşı, 1978-ci il təvəllüdlü İbad Mirzəyevlə mübahisə edib. Mübahisə zamanı Səmayə Mirzəyeva əri tərəfindən döyülüb. Bu zaman Səmayə bıçağa əl atmağa məcbur olub.

O, mətbəxdə stolunun üstündə olan bıçağı götürərək İbad Mirzəyevin qarın nahiyəsinə xəsarət yetirib. Yaralı ağır xəsarətlə 3 saylı şəhər Kliniki Xəstəxanasına gətirlib. Vaxtında tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: