Bakının Suraxanı rayonunda dələduzluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyatı Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Sitarə Quliyeva tutulub.
Hacı Zeynalov