Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 36/14 ünvanında qeydə alınıb.
Həmin ünvanda “Komtec LTD” şirkətinə məxsus MilliÖn ödəmə terminalını naməlum şəxslər sındıraraq 570 manatı oğurlayıblar. Baş verən oğurluq hadisəsi ilə bağlı şirkətin hüquqşünası Azər Quliyev Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə şikayət edib.
Hazırda cinayəti törədən şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Hacı Zeynalov