19 Aprel 2014 19:17
2 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərindəki Quşçuluq yaşayış massivində oğurluq hadisəsi baş verib. Ələkbər Musayev Daxili İşlər Nazirliyinin “102" zəng xidmətinə evindən 2700 manat dəyərində televizor, anten otürücüsü, eləcə də 2700 manat və 2300 dollar pulun oğurlanması barədə məlumat verib.

Abşeron rayon Polis İdarəsində aparılan araşdırma zamanı oğrunun kimliyi müəyyən olunub. Ələkbər Musayevin evindən oğurluğu öz oğlu Toğrul Səlimzadə edib. Oğul həbs edilib.

İlkin istintaqa ifadə verən Toğrul Səlimzadə cinayəti etiraf edib. Evdə heç kimin olmamasından istifadə edən Toğrul evin pəncərəsini qəsdən sındırıb və hadisəni səhnələşdirib. O, pulu saxlamaq üçün dostu Elman Fətəliyevə verib.

Toğrul Səlimzadə Bakı İdarəetmə və Humanitar Kollecinin 3-cü kurs tələbəsidir. O, oğurladığı televizoru Xırdalan şəhərində yaşayan taksi sürücüsünə saxlamaq üçün veribmiş. Tələbə gənc oğurluğu niyə etdiyini açıqlamaq istəməyib, bunun şəxsi məsələ olduğunu deyib: “Lazım idi, ona görə götürdüm. Atama deməmişdim. Desəydim, həmin məbləği verərdi. Sadəcə, ondan gizlin götürdüm”.

Hacı


Müəllif:

Oxşar xəbərlər