9 Dekabr 2015 11:49
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə şahidlərinin dindirilməsi başa çatıb.

Rauf Mirqədirovun vəkili Fuad Ağayev bildirib ki, şahidlərin heç biri Rauf Mirqədirovun əlehinə ifadə verməyib. Vəkilin sözlərinə görə, növbəti məhkəmə iclasında məhkəmə istintaqının başa çatması ehtimal olunur.

Məhkəmə prosesi dekabrın 14-də davam edəcək.

Qeyd edək ki, Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər