10 Dekabr 2015 14:17
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Şahin Həsənovun evindən 500 manat və qızıl üzük oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş İsmət Məmmədov, Abşeron rayon sakini Arzu Babayeva, Bakı şəhər sakini Ceyhun Hüseynov, Gəncə şəhər sakinləri Sahib Abdullayev və qardaşı Elmir tutulublar.

Hacı Zeynalov


Müəllif: