14 Dekabr 2015 16:17
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bulud Kərimovun və Urfan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim ediblər. Onlar vətəndaşların etibarından sui-istifadə etməklə külli miqdarda dələduzluq ediblər.

Cinayət işi üzrə 22 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Bulud Kərimov 4 il, Urfan Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər