16 Dekabr 2015 17:19
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda 7 yaşlı uşağın itkin düşməsi ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, dekabrın 14-də Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşayan Əsgərova Rahilə Kitay qızı Daxili İşlər Nazirliyinin “102” məlumat xidmətinə zəng vuraraq oğlu, 2008-ci il təvəllüdlü Əsgərov Ceyhun Mobil oğlunun itkin düşdüyünü bildirib.

Rəhilə Əsgərova bildirib ki, oğlu həmin gün saat 14 radələrində internet kluba getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yerini müəyyən etmək mümkün olmayıb.

Ceyhun Əsgərovun olduğu yerin müəyyən edilməməsi, azyaşlı olması və digər xüsusatlarla onun qətlə yetirilməsinə şübhələr olduğundan dekabrın 16-da Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər