Zaqatala rayon sakini, 1987-ci il təvəllüdlü Akif Mustafayev paytaxtda yerləşən otellərdən birində qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunub.
O, 14 avqust 2012-ci il tarixdə, gecə saat 01-02 radələrində Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən Bakı Beynəlxalq Avtovağzalındakı “Comfort İNN” otelinin otağında Turanəyə (ad şərti verilib) qarşı zorakılıq hərəkətləri edərək, onunla cinsi əlaqədə olub. Həmin vaxt Akif Mustafayev qıza bədən xəsarəti də yetirib.
Teleqraf.com xəbər verir ki, Akif Mustafayev Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham edilib.
“Mənə qarşı ən iyrənc seksual hərəkətlər etdi”
İstintaq dövründə ifadə verən Türanə bildirib ki, 13 avqust 2012-ci ildə Akif Mustafayev ilə birlikdə Qax rayonundan Bakı şəhərinə gəliblər. Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalındakı “Comfort İNN” otelinin otağında qalıblar.
O, qeyd edib ki, cinayət hadisəsi də avqustun 14-də baş verib: “Təxminən gecə saat 01-02 radələrində qaldğımız otaqda Akif üstümə hücum çəkdi. O, mənə bədən xəsarəti yetirərərək, zorlamağa cəhd etdi. O, sonra mənə qarşı ən iyrənc formada seksual hərəkətlər etməyə başladı. Mən onun hərəkətlərinə dözməyərək qışqırmğa başladınm. Bu zaman Akif əli ilə ağzımı tutaraq səsimin çıxmasına imkan vermədi”.
O, daha sonra qeyd edib ki, Akif Mustafayevə bəraət verilməsi düzgün deyil: “Həmin gecə Akif mənimlə oteldə olub. O, mənə qarşı ən pozğun formada seksual hərəkətlər edib”.
“Yataqda Turanə ilə zarafatlaşmışıq”
Akif Mustafayev də ifadəsində Turanə ilə intim münasibətdə olduğunu etiraf edib. O, bildirib ki, Turanə ilə zorakı yolla yox, konüllü olaraq cinsi əlaqədə olub. O, Turanənin bədənində xəsarətlərin yaranmasını belə izah edib: “Yataqda Turanə ilə zarafatlaşmışıq. Turanə ilə öpüşərkən bir-biriməz “poduşka” da atmışıq, bir-birimizi qucaqlayaraq çarpayının üstündə o yan bu yana fırlanmışıq. Yəqin ki, bu zaman Turanə xəsarət alıb”.
“Comfort İNN” otelinin qeydiyyatçısı işləmiş K.Rəhimov bildirib ki, hadisə baş verən gecə növbədə olub: “Gecə orda olduğum zaman 217 №-li otaqdan hər hansı səs-küy gəlməyib. Səs gəlmiş olsa idi, bunu eşidərdim. Həmçinin gecə 217 №-li otaqdan heç kim çölə çıxmayıb, resepşındən ayrılaraq başqa yerə getdiyi hal olmayıb. Eyni zamanda resepşın nəzarətsiz qalmayıb. Həmin vaxtı otaqdan kimsə çıxmış olsa idi, bunu mütləq görən olacaqdı”.
Otelin işçisi daha sonra qeyd edib ki, qızla Akif otaqdan çıxanda əl-ələ tutduqlarını görüb. Onun sözlərinə görə, hər iki şəxs normal, mehriban, gülə-gülə oteldən gediblər: “Onlar özlərini qeyri-adi, şübhəli aparmayıblar”.
Bəraət
İstintaq orqanı Akif Mustafayevin barəsində olan cinayət işini baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərib. Rayon Məhkəməsində işə baxan hakim Akif Mustafayevin seksual xarakterli hərəkətlər etməsini sübuta yetirə bilməyib. Bu səbəbdən onun barəsində bərat hökmü çıxarılıb.
Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq şikayətində Akif Mustafayevin həbs edilməsini istəyib. Bakı Apelyasiya Məhkəməsində işə baxan hakim heyəti prokorluğun protestini təmin etməyib.
Bundan sonra prokurorluq Ali Məhkəməyə kasasiya şikayəti göndərib. Ali Məhkəmədə iş hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Ali Məhkəmədə işə baxan hakimlərdə prokurorluğun protestini təmin etməyiblər.
Hacı Zeynalov