21 Dekabr 2015 15:27
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ali Məhkəmədə dələduzluqda təqsirli bilinən Balakən rayon sakini Məhəmməd Mustafayevin kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Məhəmməd Mustafayev bundan sonra Ali Məhkəməyə kasasiya şikayəti verib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Məhəmməd Mustafayevin vəkili Vüqar Babayevin verdiyi kasasiya şikayəti təmin edilib.

Məhəmməd Mustafayevin barəsində olan Şəki Apelyasiya Məhkəməsinin qərarı bəraətverici əsaslarla ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Məhəmməd Mustafayev Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib və Balakən Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Məhəmməd Mustafayev apelyasiya şikayəti verib. Şəki Apelyasiya Məhkəməsi Məhəmməd Mustafayevin apelyasiya şikayətini təmin etməyib.

Məhəmməd Mustafayev aldatma və etibardan sui-istifadə yolu ilə gəlir əldə etmək qərarına gəlib. O, bu məqsədlə 26 iyul 2013-cü il tarixdə Balakən şəhərində Ramin Osmanovun adına "Mol bulak" BOKT-dan (bank olmayan kredit təşkilatından) nağd pul götürüb. Məhəmməd pulu həmin təşkilata özünün ödəyəcəyinə inandırıb.

Bundan başqa, Məhəmməd Mustafayev həmin il iyulun 31-də Osman Abdullayevin adına “Mol bulak” BOKT-dan kredit yolu ilə nağd pul götürərək ona qarşı da dələduzluq əməli törədib. O, Balakən rayon sakinləri - Şümeysət Abdullayevaya 3000, Həsən Abdullayevə 3000, Məryəm Qasımovaya 3000, Müzamiddin Əhmədova 3000, Ramiz Hobolova 2500, Nüranə Ölkəliyevaya qarşı isə 500 manat miqdarında dələduzluq edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər