Bakının Nəsimi rayonunda soyğunçuluq edən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu ilin sentyabrın 4-də naməlum şəxs Sənubər Bayramovanın pulunu, mobil telefonunu və sənədini soyğunçuluq yolu ilə alıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Qasımov tutulub.
Hacı Zeynalov