24 Dekabr 2015 12:53
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Nəvail Tağıyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən paytaxt sakini Əbil Əhmədovu vurub.

Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: