Xaçmazda partlayış olması ilə bağlı müvafiq qurumlara yalan məlumat verən şəxsin barəsində cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, dekabrın 30-da, saat 18.52-də özünü Süleymanov Samir adı ilə təqdim etmiş şəxs Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən “Almas” şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib.
Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib. Lakin məlumat təsdiqini tapmayıb.
Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı Şamil Süleymanov tərəfindən edilməsi müəyyən edilib və rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.
Hacı Zeynalov