8 Yanvar 2016 13:52
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Hacılı kəndində qeydə alınıb.

Kənd sakini Emin Həsənov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən qohumu Pünhan Həsənov qarın nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən E.Həsənovdan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Qeyd edək ki, Hadisə yanvarın 7-də, axşam saatlarında rayonun Hacılı kəndində qeydə alınıb. Kənd sakini, Mingəçevir Turizm Kollecinin birinci kurs tələbəsi olan 1999-cu il təvəllüdlü Emin Həsənov yaşadığı evin həyətində atasına məxsus ov tüfəngindən yaxın məsafədən atəş açaraq atasının əmisi nəvəsi olan 1993-cü il təvəllüdlü Pünhan Həsənovu güllələyib.

Qarın nahiyəsindən ağır xəsarət alan Pünhan Həsənov çoxlu qan itirərək ölümcül vəziyyətə düşüb. Yaralı təcili olaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: