11 Yanvar 2016 10:47
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Sevil Rzayeva yaşadığı evdə bıçaqlanaraq öldürülüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı cinayəti törədən Elşad Həsənov və Kərəm Həsənov həbs ediliblər. Onlar istintaqa verdikləri ilkin ifadələrində bildiriblər ki, cinayəti sifarişlə törədiblər.

Onların sözlərinə görə, cinayəti törətməkdə Sevil Rzayevanın həyat yoldaşı Rüstəm Rzayev sifariş verib. Şübhəli şəxslər qeyd ediblər ki, Rüstəm cinayəti törətmək üçün onlara 2 min manat verib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: