15 Yanvar 2016 16:09
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pirallahı rayonunda ötən ilin sonunda baş verən cinayəti törədənlər məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, ötən il dekabr ayının 25-də Pirallahı qəsəbə sakini Nüsrət Sefiyev Pirallahı Rayon Polis Şöbəsinə müraciət edərək dekabrın 24-də naməlum şəxs tərəfindən döyülməsini və bu zaman qızıl üzüyünün itməsini bildirib.

Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakinləri Elçin Məhərrəmov və Zamir Ramazanov tutulublar.

Hacı Zeynalov


Müəllif: