16 Yanvar 2016 13:36
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayon polisi oğurluq faktının üstünü açıb.

Rayon polis şöbədindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 30-da 8-ci Qayıdış qəsəbəsində məskunlaşan Məmmədova Adilə Əli qızına məxsus mağazadan oğurluq olub. Mağazaya qapı və pəncərələrin sındırılması yolu ilə daxil olan oğrular oradan müxtəlif növ siqaretlər, 250 manatlıq mobil telefon danışıq kartları və 30 manat pul aparıblar.

Aparılan axtarış tədbirləri nəticəsindən 8-ci Qayıdış qəsəbə sakini 1993-cü il təvəllüdlü Ağayev Pərvin İdris oğlu və 11-ci Qayıdış qəsəbə sakini Məmmədov Əfsər Saleh oğlu şübhəli şəxs qismində saxlanılıblar. İlkin dindirilmə zamanı hər iki şəxs sözügedən mağazdan oğurluq etdiklərini bildiriblər.

Hazırda faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xalid Salmanbəyli


Müəllif: