22 Yanvar 2016 14:43
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər üç adda 21 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Kamal Eyvazov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülərək ona məxsus çantaya və üzərinə baxış keçirilib.

Yoxlamadan əvvəl sorğu-sual zamanı K.Eyvazov çantasında və üzərində gömrük nəzarətinə təqdim ediləsi əşyanın olmadığını bildirsə də, onun qeyri-səmimiliyi diqqət çəkib. Yoxlamanın nəticələri isə gömrükçülərin şübhələrini təsdiqləyib. Çantadakı şəxsi əşyaların arasından 8 ədəd “ASUS Zenfone GO” və 1 ədəd “İphone 6S” markalı mobil telefon aşkar olunub.

K.Eyvazovun üzərində şəxsi yoxlama zamanı isə əynindəki pencəyin və gödəkcənin ciblərindən 11 ədəd “Samsung Galaxy Grand Prime” və daha 1 ədəd “ASUS Zenfone GO” markalı mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif: