25 Yanvar 2016 22:14
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 17 yaşlı qız itkin düşüb.

Teleqraf.com xəbər verir ki, Zabrat qəsəbəsi, Yeni sahədə yaşayan 1999-cu il təvəllüdlü İslamova Səriyyə Rövşən qızı yanvarın 19-da, saat 15.00-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

17 yaşlı qızın atası hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə müraciət edib.

Bundan başqa, 21 yaşlı oğlanın itkin düşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat daxil olub. Lerik rayon sakini İltifat Hüseynov bildirib ki, oğlu, 1995-ci il təvəllüdlü Sehran Hüseynov yanvarın 23-də, saat 23.00-da evdən gedib və geri qayıtmayıb.

Polis hər iki şəxsin tapılması üçün tədbirlər görür.

Hacı Zeynalov


Müəllif: