2 Fevral 2016 15:19
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Xocasən qəsəbəsi, yeni yaşayış sahəsində qeydə alınıb.

Bakı Regional Qaz satış Departamentinin mühəndisi, 1983-cü il təvəllüdlü Kamil Mirzəyev qəsəbə ərazisində qaz sayğaclarını yoxlayırmış. Bu zaman o, qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əhəd Cavadovun hücumuna məruz qalıb.

Əhəd Cavadov Kamil Mirzəyevi döyərək, ona xəsarət yetirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər