Kürdəmir rayonunda qətl hadisəsi baş verib.
Kürdəmir rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə aprelin 21-də, axşam saatlarında baş verib.
1978-ci il təvəllüdlü Emin Zeynalov qonşusu, 1956-cı il təvəllüdlü Möhkəm Rəhimovu bıçaqlayaraq öldürüb. Hadisə qonşular arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. Hadisəni törədən şəxs həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov