Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlını zorlamaqda təqsirli bilinən 1995-ci il təvəllüdlü Emin Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Emin Alıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Emin Alıyev Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov