Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, 1972-ci il təvəllüdlü Bağır Nailə Həzrətqulu qızı həbs edilib.
Nailə Bağır Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb. O, həmin qadınları İstanbul şəhərində cinsi istismara məruz qoyması müəyyən edilib.
Hacı Zeynalov