Bakının Nizami rayonunda 2 uşaq itkin düşüb.
Teleqraf.com xəbər verir ki, dünən saat 07:00 radələrində 11 yaşlı İsmayıl Safıyev məktəbə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Onun anası ilə birlikdə "Qara Qarayev” metrosu yaxınlığında yaşadığı bildirilir.
İsmayıl evdən çıxarkən əynində göy şalvar, tünd qırmızı gödəkçə və şabalıdı botinka olub. İsmayılla birlikdə onun sinif yoldaşı 11 yaşlı Şamil Babayev də olub. O evdən çıxarkən əynində qara kurtka, göy şalvar, ağ krassovka olub.
Uşaqların yoxa çıxması barədə Nizami rayon Polis İdarəsinə və 25-cü polis bölməsinə bildirilib. Hazırda onların axtarışları davam edir.